Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zaxarovadan Makrona ironiyalı sözlər
 
						Zaxarovadan Makrona ironiyalı sözlər
Əlavə olunub: 04.10.2025 | 03:41 | Baxılıb: 1900
“Fransa Prezidenti Emmanuel Makronun Rusiya ilə bağlı ziddiyyətli açıqlamalarına atmosfer təzyiqinin dəyişməsi səbəb ola bilər”.

“sirin.az” xəbər verir ki, bunu “Moskva-24” telekanalına müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Mənə elə gəlir ki, Makronun bəyanatları ya atmosfer təzyiqindən, ya da bəlkə də təbiət hadisələrindən asılıdır, bilmirəm. Ola bilsin ki, nəsə onun əhval-ruhiyyəsini korlayır”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, Makron “hamının üzərində nüvə çətiri açmağa” başlamazdan əvvəl fəal şəkildə danışıqlar prosesində rol almaq istədiyini bəyan edib: “Ertəsi gün nüvə silahları haqqında ritorika başlayır, onlar hamını məğlub etməyə, öz kontingentini harasa göndərməyə hazır olurlar”.

Qeyd edək ki, Fransa lideri Avropa İttifaqı adından Rusiya ilə danışıqlara hazır olduğunu bəyan etsə də, sonra Fransanın nüvə silahı ilə Avropanı Rusiyadan qorumağa çağırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.