“sirin.az” xarici mətbuata istinadən xəbər verir ki, sanksiyalar 10 il müddətinə tətbiq edilib və bu məhdudiyyətləri nəzərdə tutur:
Ukraynanın dövlət mükafatlarından məhrumetmə, maliyyə aktivlərinin bloklanması, ticarət əməliyyatlarına qadağa və onların yaradıcılığının Ukrayna ərazisində yayılmasının tam olaraq məhdudlaşdırılması.
Siyahıya adı daxil edilənlər:
- İrina Apeksimova (teatr və kino aktrisası)
- Eqor Konçalovski (kinorejissor)
- Nikita Ciqurda (aktyor-şoumen)
- Oskar Kuçera (aktyor-teleaparıcı)
- Vitali Qoqunski (“Univer” serialında Kuzya obrazı ilə tanınan aktyor)
- Roman Çumakov (Jiqan) (reper)
- Nikolay Rastorquev (“Lyube” qrupunun rəhbəri)
- Yaroslav Dronov (ŞAMAN) (müğənni)
- Yevgeni Mironov (Rusiyanın Xalq artisti)
- Aleksandr Pankratov-Çernıy (Rusiyanın Xalq artisti)
- Alexander Rozenbaum (müğənni və bəstəkar)
- İqor Sukaçev (rok musiqiçisi, “Toxunulmazlar” qrupunun rəhbəri)
- Sergey Polunin (balet artisti)
- Nikolay Tsiskaridze (balet artisti, A.Y.Vaqanova adına Rus Balet Akademiyasının rektoru)
- Yuri Kuklaçev (“Pişik Teatrı”nın yaradıcısı)