Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.20.2025 | 15:20 | Baxılıb: 8318
Avropa Parlamentinin Rumıniyadan olan deputatı Diana Şoşoake Ukrayna Prezidenti Volodimir Zelenskinin ünvanına təhdidlər səsləndirib.

“sirin.az” “Ukrainskaya pravda” portalına istinadən xəbər verir ki, Şoşoake bu barədə Rusiyaya səfəri çərçivəsində danışıb. 

Onun sözlərinə görə, 2023-cü ildə Ukrayna liderinin Rumıniya parlamentində çıxışına əngəl olub:

“O, mənim parlamentimə gəlməyə cəsarət etsə, ayaqlarını sındararam! Zelenski mənim parlamentimdə çıxış etməməlidir. Nəyə görə “mənim parlamentim” deyirəm? Çünki Rumıniya konstitusiyasında deyilir ki, biz parlament üzvləri Rumıniya xalqının nümayəndələriyik və onun suverenliyini təmsil edə biləcək yeganə şəxslərik”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.