Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.17.2025 | 23:23 | Baxılıb: 2628
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin geyimini yenə tərifləyib.

“sirin.az” xəbər verir ki, bu, Ağ Evdə Zelenski ilə nahar zamanı olub.

Belə ki, Tramp Zelenskinin zövqlü göründüyünü bildirib.

“O bu gödəkçədə əla görünür. Çox qəşəngdir. İnsanlar bunu fərq edəcək. Bu, əslində çox əladır”.

Xatırladaq ki, Tramp bu ilin avqust ayında da Ağ Evdə baş tutan görüşdə Zelenskini tərifləmişdi.

Lakin fevral ayında Zelenskinin Trampla keçirilən görüşə rəsmi geyimdə qatılması, protokol qaydalarına uyğun geyinməməsi qalmaqala səbəb olmuşdu. 

ABŞ tərəfi amerikalı jurnalistin diliylə Zelenskiyə kostyum geyməməsini, qalstuk taxmamasını irad tutmuşdular. Tramp isterik şəkildə Zelenskini onlara hörmət etməməkdə günahlandırmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.