“sirin.az” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Yaxınlarının dağıntılar altında qaldığını açıqlayan aktrisa, sonrakı paylaşımda əmisinin vəfat etdiyini bildirib: “Onu xilas edə bilmədilər, başımız sağ olsun. Yenə də ona dəstək olan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, avqustun 10-da Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib. Zəlzələ zamanı 1 nəfər ölüb, 29 nəfər isə xəsarət alıb. Hazırda 4 yaralının müalicəsi davam etdirilir.