Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zəlzələdə xəsarət alanların sayı açıqlandı
 
						Zəlzələdə xəsarət alanların sayı açıqlandı
Əlavə olunub: 04.23.2025 | 22:22 | Baxılıb: 9848
İstanbulda baş verən zəlzələ nəticəsində 240-a yaxın şəxs xəsarət alıb.

“sirin.az” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu AFAD-ın operativ qərargahında keçirilən toplantıda məlumat verib.

“Vətəndaşlarımıza keçmiş olsun. Zəlzələdən birbaşa təsirlənən, ilkin xəsarət alan olmayıb. Yıxılan, tullanan və panik atak keçirən 236 vətəndaş var. Yaralılarımızın hamısının vəziyyəti yaxşıdır və müalicəsi davam edir. İstanbulda hər hansı xidmətin dayandırılmasına səbəb olacaq vəziyyət aşkar etməmişik. Biz hər zaman zəlzələyə hazır olmalıyıq. Təəssüf ki, çox ağrı-acı yaşadıq. Bugünkü zəlzələ bizə bir xəbərdarlıqdır”, - deyə o bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.