Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.28.2025 | 05:00 | Baxılıb: 6777
Xəbər verdiyimiz kimi, Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda baş verən 6,1 maqnitudalı zəlzələ İstanbul, Bursa və İzmir kimi ətraf şəhərlərdə də güclü şəkildə hiss olunub.

“sirin.az"in xəbərinə görə, zəlzələ anı İstanbuldakı “TGRT Haber” televiziya kanalında yayımlanan canlı veriliş zamanı baş verib.

Aparıcı Fatih Atik və qonaqlar Nagehan Alçı, Fuat Uğur, Cem Küçük və Şamil Tayyar efirdə olduqları anda sarsıntıya məruz qalıblar. O anlar studiyanın kameraları tərəfindən qeydə alınıb.

Zəlzələnin təsirindən studiyada və tamaşaçılarda yaranan qorxu anları sosial mediada geniş yayılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.