
“sirin.az” xəbər verir ki, iştirakçılar Ulu Öndər Heydər Əliyevin Zəngilan rayonunun Ağalı kəndində ucaldılmış büstünü və Zəngilan şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək gül dəstələri qoyublar. Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad ediblib.
Hazırda konfrans davam edir.
***
Konfransdan əvvəl Ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış mübarizələrdə şəhid olmuş qəhrəman əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Baş prokuror Kamran Əliyev tədbiri giriş sözü ilə açaraq Zəfərin beşinci ildönümünün dərin mənəvi və tarixi əhəmiyyətindən danışıb. O, Azərbaycan xalqının bu möhtəşəm Qələbəni Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik kursuna, Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasətinə, eləcə də xalq–ordu birliyinə borclu olduğunu vurğulayıb.
Hazırda konfrans davam edir.






