
“sirin.az” xəbər verir ki, son oyun günündə 2 görüş keçirilir.
Əvvəlcə “Sabah” “Zirə”ni qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb. Bu, cari mövsümdə Premyer Liqada uduzmayan yeganə komanda – “Zirə”nin ilk məğlubiyyəti olub.
Günün və turun son matçında isə “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edəcək.
19 oktyabr (bazar)
16:00.“Sabah” – “Zirə” - 3:0
Qol: Aron Maluda, 42, Velko Simiç, 45+2, 76
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
“Bank Respublika Arena”